Günün qoroskopu: mövqelərinizi möhkəmləndirin


Digərləri 30 Mar 2018 00:01:00 254 0

Günün qoroskopu: mövqelərinizi möhkəmləndirin

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq çətindir. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə vaxtınız ola.

Həmkarlarınız və dostlarınızla ünsiyyətdə problemlər mümkündür. Ətrafdakıların sizdən nə istədiyini heç cür anlaya bilmirsiniz. Günün ikinci yarısında nəsə aydınlaşacaq. Amma bu sizin üçün kifayət deyil. Hədiyyə və sürprizlər mümkündür.

Buğa - pis zaman deyil. Bəxtiniz gətirir. Hadisələr gözlənilmədən uğurlu inkişaf edəcək və siz bundan yararlanmaq imkanını əldən verməyəcəksiniz. İşdə uğur qazanmaq ehtimalı böyükdür. Yeni iş tanışlıqları şansı yaranacaq.

Günün ikinci yarısında sizin üçün dəyərli insandan vacib və xoş xəbər alacaqsınız. Günortadan sonra valideynləriniz və övladlarınızla ünsiyyət üçün münasib vaxtdır.

Əkizlər - məramlarınız və hədəfləriniz dəyişə bilər. İdeya baxımından kasadlıq hiss olunmur. Təşkilati məsələlərlə bağlı problemlər yaranarsa, çevik tərpənin. Nəzərdə tutduğunuz işləri başa çatdırmaq üçün qüvvə, vəsait və ya diqqət çatışmazlığı istisna deyil. Yarımçıq işlərdə süni təkanlar və ya gərəksiz sürətlənmələr işin zərərinədir.

Günün ikinci yarısnıda taktikanızı yeniləyin. Baş verənlərə münasibətiniz təki, planlar da ən son məqamda dəyişə bilər. Tərəfdaşlarla şəriklərin davranışlarını aşkar şərh etməyin. Hissləriniz və gözləntiləriniz sizi aldada bilər.

Axşam saatlarına yaxın işgüzar aktivliyinizi bir qədər azaldın. Cari situasiyanın diqtə etdiyi məqamları qulaqardına vurmayın.  

Xərçəng - geniş miqyaslı işə başlayırsınızsa, vəziyyətin ağırlaşması istisna deyil. Aktivliyinizi azaltmağa çalışan, sədlər və maneələr yaradan insan var. Dürüst istiqamətdə hərəkət etdiyinizə əmin deyilsinizsə, problemləri mərhələli şəkildə, tələsmədən həll edin. "Şər deməsən, xeyir gəlməz" deyimini unutmayın.

Günün ikinci yarısında alacağınız xəbər əhvalınızı korlamaqla yanaşı, fəaliyyətinizə də mənfi təsir edə bilər. Yaxınlarınızdan biri ürəyinizə dəyə bilər. Ənənəvi təmaslarla müqayisədə daha ciddi nəticələr əldə etməyə imkan verən danışıqdan yayınmayın. Dəyişikliklər və yeniliklər üçün yaxşı zamandır.

İfrat azadlığa can atmayın, çevriliş arzulamayın. Əlaqələri normallaşdıraraq planlarınızın dəstək almasına can atın.

Şir - ciddi, əhəmiyyətli işə başlamaq üçün qətiyyətli olun. Tərəddüd etməyin, iradəli davranın. Fikriniz cari işlərdən uzaqlarda olmasın. İllüziyalara qapılmayın, fantaziyanın köləsinə çevrilməyin. Qarşınıza qoyduğunuz məqsədin reallıq səviyyəsini saf-çürük edin.

Günün ikinci yarısında şəxsi münasibətlərə xüsusi fikir verin. Perspektivləri, qüvvələr nisbətini, durumunuzu dəyərləndirməyə imkan verə biləcək məlumat alacaqsınız. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Xüsusi impuls saydığınız məsləhətə çox inanmayın.

Qız - mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.

Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.

Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.

Tərəzi - sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. Amma onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər.