Bu Çin telefonlarında viruslar aşkarlandı


Digərləri 29 Mar 2018 23:22:00 270 0

Bu Çin telefonlarında viruslar aşkarlandı

"Doctor Web" antivirus laboratoriyasının mütəxəssisləri  Çində istehsal olunan 45 "Android"  smartfonunun zavoddan gəlmə proqram təminatında viruslar aşkarlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Newsru.com" məlumat yayıb.

"İstifadəçilər bildiriblər ki, bizim antivirus onların yeni telefonlarında zərərli proqram təminatı aşkarlayıb. Aparılan təhlillərdən sonra, aydın oldu ki, zərərli proqram elə telefonun daxili sistemində yerləşir, ora kənardan hər hansı virus daxil ola bilməz; böyük ehtimalla elə istehsal prosesində bu virusu ora daxil ediblər" deyə şirkətin baş direktoru Boris Şarov bildirib.