Azərbaycan neftinin bir bareli təqribən 71 dollara satılır


Digərləri 29 Mar 2018 23:23:00 286 0

Azərbaycan neftinin bir bareli təqribən 71 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 70,86 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,52 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 70,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,52 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 28-də 66,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,55 dollar/barel azdır.