Ürəyi cavanlaşdıran qida əlavəsi aşkarlandı


Digərləri 29 Mar 2018 23:00:00 271 0

Ürəyi cavanlaşdıran qida əlavəsi aşkarlandı

"B3" vitamininin alternativ formalarından biri ürək-damar sistemini cavanlaşdırır və qocalma prosesini ləngidir.

Son.az oxu.az-a istinadən bildirir ki, araşdırma haqqında məqalə "Nature Communications" jurnalında dərc olunub.

Araşdırma ABŞ-ın Kolorado universitetindən olan tədqiqat qrupu tərəfindən aparılıb. Sözü gedən qida əlavəsi orqanizmi bədəndə kalorinin çatışmadığı ilə aldadır və beləcə ürək-damar sistemini cavanlaşdırır.

"Yeni maddənin onu uzun müddət qəbul edən insanların orqanizminə təsirini ilk dəfə biz yoxlamışıq. Sınaqlar göstərib ki, orqanizm onu yaxşı qəbul edir və bu birləşmələr kalori çatışmazlığı zamanı aktivləşən gen zəncirlərini işə salır" deyə tədqiqat qrupunun üzvü Daq Sils bildirib.