Azərbaycan neftinin bir bareli təqribən 71 dollara satılır


Digərləri 29 Mar 2018 23:04:00 207 0

Azərbaycan neftinin bir bareli təqribən 71 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 70,86 dollar/barel təşkil edib.

Bakı. Maksim Tsurkov – CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 70,86 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,52 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 70,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,52 dollar/barel azdır.