Yevlaxda avtomobil piyadanı vurub öldürüb YENİLƏNİB


Digərləri 29 Mar 2018 22:51:00 207 0

Yevlaxda avtomobil piyadanı vurub öldürüb  YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Son.az "Report"a istinadən bildirir ki, Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Əbdülxəlidov Səməd Ziyadxan oğlunun idarə etdiyi avtomobil tərəfindən vurulan piyadanın tüfeyli həyat sürdüyü bildirilir.

Hadisə zamanı piyada sərxoş olub və qəflətən yola çıxb. Bu zaman avtomobilin sürücüsüsü idarəetməni itirərək onu vurub. Yaralı piyada sürücü tərəfindən xəstəxanaya aparılsa da, aldığı ağır xəsarətlərdən yolda keçinib.

Piyadanın kimliyi araşdırılır.

21:37

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, kimliyi hələlik bilinməyən piyda avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılan zaman yolda ölüb. Ölən piyadanın orta yaşlı kişi olduğu bildirilir.

.