Soyuq müharibə yaxınlaşır


Dünya 29 Mar 2018 22:53:00 256 0

Soyuq müharibə yaxınlaşır

BMT baş katibi Antonio Quterreş ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti ilə bağlı narahatlıq ifadə edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Quterreş bu münasibətlərin getdikcə daha çox soyuq müharibəni xatırlatdığını bildirib.

"Mən həqiqətən çox narahatam. Hesab edirəm ki, soyuq müharibə dönəmlərində yaşayan situasiyaya yaxınlaşırıq" deyə Vaşinqtonun rusiyalı diplomatları qovması məsələsini şərh edən Quterreş bildirib.

Habelə BMT başçısının sözlərinə görə, cari vəziyyəti Sovet dönəmlərindəki soyuq müharibədən fərqləndirən iki cəhət var.