Namaz insanın ictimai rabitələrinə necə təsir göstərir?


Digərləri 29 Mar 2018 22:50:00 237 0

Namaz insanın ictimai rabitələrinə necə təsir göstərir?

Baxmayaraq ki, namaz insanın Allah Təala ilə rabitəsinə aid edilir, ancaq insanların ictimai rabitələrinə də müsbət təsir göstərən əməllərdəndir.

Bəs namaz vasitəsilə necə ictimai rabitələr bərqərar olur?

1. Nəql olunur ki, Həzrət Peyğəmbər (s) namazı bitirəndən sonra üzünü insanlara tərəf çevirər və Allahla rabitəsini bitirib, yaranmışlarla rabitə qurmağa çalışardı.

2. Tövsiyə edilir ki, məscidə gedən zaman əliboş getməyin. Son.az deyerler.org-a istinadən bildirir ki, çünki məscidə müraciət edən ehtiyacı olan insanlar məsciddən ümidsiz getməsinlər. Necə ki, Həzrət Əli (ə) namaz vaxtı üzüyünü sədəqə vermişdi.

3. Bu ayədə möminlərin sifətləri bəyan olunmuşdur və orada deyilir: "Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər". ("Şura" 38). Bu ayədə namazdan sonra məşvərət etmək tövsiyə olunur.

4. İnsanın doğma qardaşdan başqa, dini qardaşa da ehtiyacı vardır. "Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz Öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik". ("Tövbə" 11).