Möminin mömin üzərində 7 haqqı


Digərləri 29 Mar 2018 22:20:00 358 0

Möminin mömin üzərində 7 haqqı

İmam Sadiq (ə) buyurub: "Möminin mömin üzərində yeddi haqqı var. Allah Təala bu haqları möminə vacib etmişdir. Bunların barəsində mömindən sorğu-sual edəcəkdir:

- mömin mömini öz gözündə böyük tutmalı, qəlbində onu sevməli,

- öz malı, pulu ilə ona kömək etməli,

- özü üçün bəyəndiyini onun üçün də bəyənməli,

- onun qeybətini haram bilməli,

- xəstə vaxtında ona baş çəkməli,

- dəfnində iştirak etməli

- və ölümündən sonra onu yalnız yaxşı xatirələrlə yad etməlidir".

Digər hədisdə Həzrət Peyğəmbər (s) insanlar arasında olan səmimiyyətin dəyərliliyinə diqqət çəkərək, xəstənin ziyarətinə getməyə təşviq edir: "O zaman ki, insan müsəlman qardaşının ziyarətinə gedər, behiştin yığılmamış meyvələri arasında yol gedər o zamana qədər ki, (xəstənin yanında) əyləşər. O zaman ki, əyləşər, (Allahın) rəhməti onu əhatə edər. Əgər səhər olarsa, gələn günün səhərinə qədər 70 min mələk ona salam göndərər".

Xəstəliklərin özünə gəldikdə, onlarla bağlı dinimizin bəzi buyuruşlarına diqqət edək: