Maksim Qorkidən sizi heyrətləndirəcək


Digərləri 29 Mar 2018 22:05:00 332 0

Maksim Qorkidən sizi heyrətləndirəcək

150 il əvvəl 188-ci ilin 28 martında dünyaca məşhur rus yazıçı və mütəfəkkiri Maksim Qorki dünyaya gəlib. Ədəbiyyat üzrə beşqat Nobel nominantı SSRİ-də ən çox çap olunan yazıçı idi: 1918-1968-ci illərdə onun əsərlərinin ümumi tirajı 240 nüsxə idi.

Son.az lent.az-a istinadən Maksim Qorkinin 150 illiyində seçilmiş sitatlarını təqdim edir.

Bütün kilsələrin əsas işi budur: bədbəxt kəndliyə təlqin etsin ki, onlar üçün yerdə xoşbəxtlik yoxdur, səadət onları göylərdə gözləyir. Və özgəsinə katoqra zülmüylə işləmək Allaha xoş gedir.

Əgər birinə tez-tez "sən donuzsan" desən, o, əvvəl-axır xortuldamağa başlayacaq.

Həyatın iki forması var: Çürümək və yanmaq. Tamahkarlar və qorxaqlar birincini seçir, alicənablar və cəsurlar ikincini...

Həyat bizi kart kimi paylayır. Yalnız təsadüfən və bir anlığa biz öz yerimizə düşürük.

Yalan qulların və ağaların dini, həqiqət isə azad insanın Allahıdır.