Texasda atışma olub, ölən və yaralananlar var


Dünya 29 Mar 2018 21:41:00 253 0

Texasda atışma olub, ölən və yaralananlar var

Hadisə zamanı azı bir nəfər ölüb, daha üç nəfər yaralanıb

ABŞ-da atışma olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "NBC" telekanalı yerli polisə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisə Texas ştatında, Plano şəhərində baş verib. Belə ki, naməlum şəxs ətrafdakılara atəş açıb. Nəticədə azı bir nəfər ölüb, daha üç nəfər yaralanıb.