Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb


Sosial 29 Mar 2018 21:37:29 278 0

Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Faktla bağlı araşdırma aparılır

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki,kimliyi hələlik bilinməyən piyda avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.