Hansı halda küfr etmək müsbət mənada işlənir?


Digərləri 29 Mar 2018 21:10:00 300 0

Hansı halda küfr etmək müsbət mənada işlənir?

Qurani-Kərimdə küfr həm aşkar və həm də gizli halda həqiqəti saxlamaqdır. Ona görə də Quranda küfrün 3 növünə rast gəlmək olur:

1. O küfr ki, nə mədh olunur, nə də məzəmmət.

2. Mədh olunan küfr.

3. Məzəmmət olunan küfr.

1. O küfr ki, nə mədh olunur və nə də məzəmmət olunur. Bu küfr odur ki, ağıl onu gizlətməyi nə yaxşı bilir, nə də pis. Toxumu torpağın altında gizlətmək kimi. Quran bu küfr haqqında buyurur: "Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar". ("Hədid" 20).

2. Mədh olunan küfr. Mədh olunan küfr odur ki, ağıl onun gizli qalmasını bəyənir və faydalı olduğunu hesab edir. Batilləri, xurafatları gizlətmək kimi. Yəni, batillərin, mövhumatın gizli qalması - bəyənilən bir işdir. Və bu halda küfr tamam başqa rolda çıxış edir - əks rolda. Əgər adi mənada küfr - İlahi həqiqətləri gizlətmək mənasındadır və buna görə böyük günah sayılır, hətta küfr edən napak olur, batilləri gizlədən hala aid olan küfr - müsbət haldır, əslində Allaha iman gətirib, şeytana kafir olmaqdır. "Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub, Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir". ("Bəqərə" 256).

3. Məzəmmət olunan küfr. Son.az deyerler.org-a istinadən bildirir ki, məzəmmət olunan küfrün dörd növü vardır:

- cahil küfr,

- elmi küfr,