GİSDİ Azərbaycanda prezident seçkilərinə dair aralıq hesabatı təqdim edib VİDEO


Siyasət 29 Mar 2018 21:13:00 234 0

GİSDİ Azərbaycanda prezident seçkilərinə dair aralıq hesabatı təqdim edib  VİDEO

Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı aralıq hesabatını təqdim edib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hesabat siyasət, media, seçki, hüquq və vətəndaş cəmiyyəti ekspertlərindən ibarət uzunmüddətli müşahidəçilər missiyasının müşahidə və araşdırmaları nəticəsində hazırlanıb. Bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, aparılan monitorinq zamanı seçki qanunvericiliyinin ciddi pozulması və ya namizədlər üçün qeyri-bərabər şəraitə dair faktlara rast gəlinməyib. GİSDİ-nin missiya rəhbəri Mihail Mirçevin sözlərinə görə, seçki müşahidə missiyasında Avropa ölkələrindən 80-dən çox beynəlxalq müşahidəçi yer alıb.

Aralıq hesabata GİSDİ ekspertlərinin bir neçə istiqamət üzrə müşahidələri daxil edilib. Bunlar Azərbaycanda seçkiqabağı vəziyyət, hüquqi çərçivə, seçki siyahıları və seçicilərin qeydiyyatı, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki kampaniyası və digər məsələlərdir.

Qeyd edək ki, GİSDİ seçki müşahidəsi sahəsində Bolqarıstanın ən qocaman QHT-sidir.

Videonu izləmək üçün şəklə klikləyin: