Goranboyda 7 il əvvəl törədilən qətlin üstü açıldı VİDEO


Digərləri 29 Mar 2018 21:04:00 228 0

Goranboyda 7 il əvvəl törədilən qətlin üstü açıldı  VİDEO

7 il əvvəl bacısını öldürərək yaşadığı evin zirzəmisində basdıran şəxs tutulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, indi üstü açılan dəhşətli hadisə Goranboyda baş verib. Rayonun İrəvanlı kəndində yaşayan 35 yaşlı Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb. Araşdırmalar zamanı məlum olub ki, qadını 2011-ci ildə qardaşı 33 yaşlı Aydın Hüseynov boğaraq öldürüb. Daha sonra isə meyiti evin zirzəmisində basdırıb. İlkin məlumatlara görə, Rəxşəndə Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi qardaşı tərəfindən narazılıqla qarşılanıb. Rəxşəndə isə iradlara məhəl qoymayıb, nəticədə qardaşı onu boğaraq qətlə yetirib.

Videonu izləmək üçün şəklə klikləyin: