Bu filmlər məşhur yazıçılardan bəhs edir SİYAHI


Digərləri 29 Mar 2018 21:05:00 247 0

Bu filmlər məşhur yazıçılardan bəhs edir  SİYAHI

Son.az lent.az-a istinadən yazıçılarla haqqında çəkilmiş filmləri təqdim edir.

Saatlar

Rejissor: Stiven Doldri

3 qadının həyatının bir günü təsvir olunur. Qadınların səhər ayağa qalxmasından axşama qədər olan müddət.

Onların həyatı əsrlərə bölünür: Nikol Kidman depressiyalardan əziyyət çəkən və buna görə özünə qəsd etmək istəyən britaniyalı yazıçı Virciniya Vulfu oynayır. Culianna Mur 1951-ci ildən Los Ancelesdə yaşayan, eyni həyat tərzindən bezən Lora Braun adlı evdar qadın rolunu oynayır, Meril Stripin qəhrəmanı - homoseksual nəşr evinin redaktorudur. O 2001-ci ildən Nyu-Yorkda yaşayır, bütün bunlardan belə o əvvəlki sevgilisi - QİÇS xəstəliyindən əziyyət çəkən, Lora Braunun oğlu Riçarda baxır.

İlk baxışdan bir-birindən fərqli həyatlar əslində Virciniya Vulfun "Missis Dellouey" romanı ilə üzvü əlaqədədir. Vulfun romanı yazmaqla başlayır, Lora Braun özünün "ideal malikanəsində" bu romanı oxuyur. Və nəhayət, Missis Delouey - bu Meril Stripin oynadığı qəhrəmana verildiyi addır.

Ceyn Ostin

Rejissor: Culian Carrrold

Kənd keşişinin yoxsul qızının arzusu yazıçı olmaqdır. Bu arzu onu varlı qardaşının yanına çəkir. Halbuki Ceyn qardaşına heç cür isinə bilmir.

Valideynləri onun evlənməsini istəyir. 1795-ci il İngiltərəsində bundan başqa çıxış yox idi. Bu zamanlar Ceyn gənc Tomla tanış olur. Onun gözəlliyi və zəkası Ceynə maraqlı gəlir və beləliklə, qızın həyatı dəyişir. Onların arasında incə hislər boy verir. Gənclər evlənməyə qərar versələr də, tale onlara başqa bir yol cızır. Tomun dayısı bu izdivaca razı olmur. Tom Ceynə qaçmağı təklif edir. Bundan sonra film daha maraqlı bir xətlə davam edir.

Kapote

Rejissor: Bennet Miller

Amerikanın Kanzas ştatında sensasiyalı cinayət işlənir. Dörd nəfərin qatili bir evdə gizlənir. Bu hadisəni qəzetdən oxuyan Trumen Kapote qərar verir ki, "Nyu-Yorker" jurnalına bu haqda həqiqi bir məqalə yazsın. Tanınmış yazıçı cinayətin izinə düşür...

Markiz de Sadın mürəkkəbi

Rejissor: Filip Kaufman

Film yazıçının ömrünün son illərinə işıq tutur. XIX əsrin başlanğıcı. Markiz de Sadın provaksiya xarakterli yaradıcılığı çoxlarının həyatını dəyişib. Katolik keşişi Markizin təhlükəli olduğunu qeyd edir və onu axmaq hesab edir. Keşiş Markizin qızların məhəbbəti ilə mübarizə apardığını dilə gətirir.

Kafka

Rejissor: Stiven Soderberq

Sığorta şirkətində işləyən Kafkanın sakit həyat bir gün tamam dəyişir. Dostunun yoxa çıxmağı səbəbi ilə bir gün Kafka onun yerinə keçməli olur. Yazıçı şəhərin bütün partlayışlarına cavabdeh şəxsdir. Nəzarət üçün yeraltında partlayışlara cəhd olunur. Kafka içində olduğu təşkilatın dərinliyinə nüfuz etməyə çalışır.

Filmdə Kafkanın "Qəsr" və "Məhkəmə" romanlarının süjetindən də istifadə olunub.

Sonuncu stansiya

Rejissor: Maykl Hoffman

Tolstoyun ömrünün son günləri. Həyatla bağlı düşüncələri kəskin dəyişən yazıçı. Böyük yazıçı dinə üz tutur və həyatını sadə xalqa həsr edəcəyini açıqlayır.

Bu dəyişim çox adamla Tolstoy arasında intriqa yaradır. Evdə xanımı Sofiya da Tolstoyun dəyişdiyini qəbul edə bilmir. Və film faciəvi sonluqla başa çtır.

Nora

Rejissor: Pat Merfi

Film Ceyms Coysun həyatına işıq tutur. Onun Nora adlı xanımla tanış olması və onunla evlənməsi. Daha sonra evdəki söz-söhbətlər və s.

Günəş tutulması

Rejissor: Aqneşka Holand

Baş rolda Leonardo DiKaprio. Film dövrün iki böyük şairi Pol Verlen və Artur Rembonun münasibətlərinə işıq tutur. Onların arasındakı münasibət getdikcə daha da istiləşir və dramatik hal alır.