Radikal müxalifət dini ekstremistlərlə iş birliyində:


Siyasət 29 Mar 2018 21:09:00 309 0

Radikal müxalifət dini ekstremistlərlə iş birliyində:

Prezident seçkiləri yaxınlaşdıqca radikal müxalifət daxilində "siyasi fəallığın" artması düşərgədə baş verənləri aydın analiz etməyə imkan yaradır. Seçkiöncəsi siyasi mövcudluqlarını göstərmək naminə spekulyasiyalar edən düşərgə təmsilçiləri antimilli qüvvələrlə əməkdaşliq edərək ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə cəhd edirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, siyasi fəaliyyətlərini qaragürüh üzərində quran Milli Şura adlanan qurumun bu günlərdə radikal dindarlarla tələsik görüş keçirərək vahid koordinasiya mərkəzi yaratamaları bir sıra mətləblərə aydınlıq gətirir. Tədbirə qatılan şəxslərdən bir neçəsinin adlarını sadalamaq yetər ki, onların hansı mərama xidmət etdikləri və hansı məqsəd güddüklərini müəyyənləşdirmək mümkün olsun. Eldəniz Quliyev, Oqtay Gülalıyev, radikal dini-ekstremist Tale Bağırzadənin həyat yoldaşı Leyla Bağırzadə və "Müsəlman Birliyi Hərakatı"nın digər nümayəndələrinin görüşə qatılmaları bu sinxron fəaliyyətin detallarını aydınlaşdırmaga imkan verir.

Beynəlxalq qurumların seçkiöncəsi qiymətləndirmələri təsdiq edir ki, Azərbaycanda prezident seçkilərinin tam demokratk şəkildə keçirilməsi üçün bütün şərait yaradılıb. Boykotçuların isə bu demokratik şəraitdən istifadə etmək əvəzinə qarşıdurma yaratmaq və bunun üçün artıq radikal dini-ekstremist qüvvələrlə birgə əməkdaşlıq sazişi imzalamaları bu ünsürlərin əsl xislətlərini göstərir.

Xatırladaq ki, Əli Kərimli ilə Tale Bagırzadənin "Müsəlman Birıiyi" adlı dini-ektremist təşkilatla əməkdaşlıgının əsası hələ Nardaran hadisələri zamanı qoyulub. Nardaranda hüquq-mühafizə orqanları əməkdaşlarının həlak olması ilə nəticələnən hadisələr zamanı Əli Kərimli və onun tərəfdaşları radikal dindarları açıq dəstəkləkləmişdilər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da konkret olaraq dövlət əleyhinə çağırışlar edərək, ölkədə insanlar arasında ədavət yaratmaga ugursuz cəhdlər etmişdi. Hətta Cəmil Həsənli konkret cinayət əməli törətmiş, dini-ekstremist qrupa rəhbərlik edən Tale Bagırzadəni "Milli Şura"nın üzvü olmasını "qəhrəmanlıq səlnaməsi" kimi cəmiyyətə təqdim etmişdi. Əli Kərimli isə "Azadlıq" qəzetində Taleh Bağırzadəyə acıq şəkildə dəstək verirdi...

Bu faktlar radikal müxalifətlə dini ekstremist qüvvələrin bir amala xidmət etdiyini sübuta yetirir. Bu qaragüruhun məqsədi ölkədə qarşıdurma yaratmaq, nifaq salmaq və bundan öz çirkin siyasi məqsədləri üçün yararlanmaqdır. Bu gün Əli Kərimlinin əhatəsində olanlar, eyni zamanda onun qohumlarının da dövlətimiz, xalqımıza qarşı düşmən mövqeyində oldugunu görürük. Azərbaycan hakimiyyətini, dövlətini açıq təhdid edən Orduxanlar, İsgəndərlilər siyahısına Əli Kərimlinin əmisi oglunun terrorçulara xas bəyanatlarla qoşulması da bu siyasətbazların hansı əqidəyə qulluq etdiyini bir daha göstərir.

AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimovun hakimiyyət nümayəndələrini silahla qətlə yetirib əmlaklarını mənimsəməklə bağlı status paylaşması bu qüvvələrin əsl mahiyyətini ortaya qoyur.

Xalqın dəstəyindən məhrum olan və siyasi fəaliyyətlərini radikallıq eləcə də terrorçuluq prinsipləri üzərində quran destruktiv müxalifətin iç üzü açıldıqca cəmiyyət onları daha yaxından tanıyır. Azərbaycan dövlətçiliyini məhvə sürükləmək niyyətində olan radikal müxalifət və ekstremist dindarlar anlamalıdırlar ki, hüquqi, dünyəvi dövlətdə onlara heç zaman yer olmayacaq.

Videonu izləmək üçün şəklə klikləyin: