Beynəlxalq Muğam Mərkəzi yeni layihə təqdim edir (FOTO)


Digərləri 29 Mar 2018 20:58:00 228 0

Beynəlxalq Muğam Mərkəzi yeni layihə təqdim edir (FOTO)

Beynəlxalq Muğam Mərkəzi "Vətənim Azərbaycan" adlı yeni layihəni təqdim edir.

Bakı. Beynəlxalq Muğam Mərkəzi "Vətənim Azərbaycan" adlı yeni layihəni təqdim edir. Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarını və onların əsasında yaranmış xalq mahnılarını geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir. Beynəlxalq Muğam Mərkəzinin "Vətənim Azərbaycan" adlı möhtəşəm layihəsinin iki tədbirdən ibarət olan açılış konserti keçirildi. İlk tədbirdə xanəndə Eldəniz Məmmədov böyük proqramla çıxış edib. İfaçını "Buta" instrumental ansamblı müşayiət etdi. Ansamblın bədii rəhbəri, tarzən Rövşən Qurabnovdur.