Azərbaycanlıların soyqırımından bəhs edən tamaşa nümayiş olunacaq


Kriminal 29 Mar 2018 20:50:00 247 0

Azərbaycanlıların soyqırımından bəhs edən tamaşa nümayiş olunacaq

Martın 31-i saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "Ünvansız qatar" pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunacaqdır.

Tamaşa öz ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın nisgilli və faciəli həyat həqiqətlərindən bəhs edir. Pyesin qəhrəmanları düşmən hücumundan və zülmündən qurtulub qaçmağı bacarmışdır. Lakin onlar hələ çıxdıqları yolun sonunu bilmirlər. "Ünvansız qatar" pyesinin qəhrəmanları ölümdən xilas olsalar belə yaşadıqları faciələr və daxili əzabları onları sıxır. 

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayeva, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır.


Xəbərə aid fotolar