Ucarda avtomobil dörd yaşlı uşağı vurdu


Digərləri 29 Mar 2018 20:17:00 374 0

Ucarda avtomobil dörd yaşlı uşağı vurdu

Ucarda avtomobil dörd yaşlı uşağı vurub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün Ucar şəhərinin 20 yanvar küçəsində baş verib.

Barat Alı oğlu Səlimov idarə etdiyi VAZ-21012 markalı minik avtomobili ilə 2014-ci il təvəllüdlü Hüseyn Arif oğlu Əliyevi vurub. Ağır xəsarət alan uşaq Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib.