Premyer Liqa klubunda məşq Afellaya qadağan olundu


İdman 29 Mar 2018 18:45:00 296 0

Premyer Liqa klubunda məşq Afellaya qadağan olundu

İngiltərə Premyer Liqasında mübarizə aparan "Stoke City"nin yarımmüdafiəçisi İbrahim Afellay komandanın məşqləörindən uzaqlaşdırılıb. Goal.az xəbər verir ki, baş məşqçi Pol Lambert holland futbolçunun üzərində işləməməsindən narazı qalıb. Afellayın "Stoke"la müqaviləsi 2019-cu ilin yayında başa çatır. Onun məvacibi həftədə 30 min funtdur. Futbolçunun agenti klubla müqaviləyə son verilməsi ətrafında danışıqlar apara bilər. Razılıq əldə olunsa, Afellay mövsümün sonunda azad agent olacaq.