Binəli Yıldırım: İŞİD və PKK bir sıra qüvvələrin "məhsul"udur


Digərləri 29 Mar 2018 18:02:24 269 0

Binəli Yıldırım: İŞİD və PKK bir sıra qüvvələrin "məhsul"udur

İŞİD, PKK, PYD və YPG terror təşkilatları bir sıra qüvvələrin "məhsul"u və layihəsidir.

Bakı. Rufiz Hafizoğlu - İŞİD, PKK, PYD və YPG terror təşkilatları bir sıra qüvvələrin "məhsul"u və layihəsidir. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bosniya və Herseqovinaya səfəri ərəfəsində bəyan edib. Baş nazir qeyd edib ki, guya "ideoloji fikir ayrılığı"na malik bu terror təşkilatlarının zərurət yaranacağı təqdirdə birləşəcəyi, birgə fəaliyyət göstərəcəyi ilə bağlı yüzlərlə sübut var.