Unibank yenə lider oldu


Digərləri 29 Mar 2018 17:51:00 253 0

Unibank yenə lider oldu

Unibank 3 nominasiya üzrə lider bank seçilib. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə 2017-ci il üzrə nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank 2 nominasiya üzrə 1-ci, bir nominasiya üzrə isə 2-ci yerin qalibi olub:

"Elektron ticarətin inkişafında lider bank" nominasiyası üzrə 1-ci yer;

"Təmassız ödəniş kartları üzrə lider bank" nominasiyası üzrə 1-ci yer;

"Elektron bankçılıq xidmətlərində lider bank" nominasiyası üzrə 2-ci yer.

Unibank bazarda elektron ticarət göstərən lider banklar siyahısındadır. Bank öz elektron ticarət partnyorlarının sayına görə də üstün yerlərdədir. Bankın  tərəfdaşları sırasında bu gün 200-dən artıq internet ticarətçisi var. İstənilən Visa və  MasterCard  kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edirlər.