ATƏT DTİHB-nin direktoru Azərbaycana səfər edəcək


Siyasət 29 Mar 2018 17:42:00 302 0

ATƏT DTİHB-nin direktoru Azərbaycana səfər edəcək

İngibyorq Solrun Gisladottir seçkilərin müşahidə prosesində iştirak etməyi planlaşdırır

Bakı. 29 mart. REPORT.AZ / ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru İngibyorq Solrun Gisladottir gələn ay Azərbaycana səfər etməyi planlaşdırır.

DTİHB-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gisladottir aprelin 11-də ölkədə keçiriləcək Prezident seçkilərini müşahidə etməyi planlaşdırır.

Xatırladaq ki, İngibyorq Solrun Gisladottir (İslandiya) ATƏT DTİHB-in direktor vəzifəsinə 2017-ci ilin iyulun 19-da təyin edilib və bu vəzifədə Mixael Qeorq Linki (Almaniya) əvəzləyib.