Qvardiola İskoya söz verdi


İdman 29 Mar 2018 17:21:00 277 0

Qvardiola İskoya söz verdi

“Real”ın yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, “Manchester City” ulduz futbolçunun xidmətində maraqlıdı. “Real”da əsas heyətə düşə bilməməkdən gileylənən və “kral klubu”nun yayda satmağı planlaşdırdığı 25 yaşlı orta sahə oyunçusu “şəhərlilər”in baş məşqçisi Pep Qvardioladan konkret təklif alıb. Bildirilir ki, İspaniya millisinin üzvü ilə söhbət edən çalışdırıcı ona əsas heyət təminatı və komandanın aparıcı simalarından biri olacağına söz verib.

Qeyd edək ki, İsko bu günlərdə mətbuata açıqlamasında “Real”ın baş məşqçisi Zinəddin Zidanın ona güvənmədiyini söyləmişdi.