Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinə dair protokol imzalayıb (FOTO)


Digərləri 29 Mar 2018 17:23:00 223 0

Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinə dair protokol imzalayıb (FOTO)

Azərbaycan və Rusiya gömrük orqanları arasında işçi görüş keçirilib.

Bakı. Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsi və Rusiyanın Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib. DGK-dan Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin qatıldığı görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb. Tərəflər xüsusilə kənd təsərrüfati məhsullarinin sərhədkeçmə prosesinin sürətli həyata keçirilməsi, sərhədkeçmə prosesində yaranan problemlərin operativ şəkildə aradan qaldırılması istiqamətində müzakirələr aparıb.