Siyəzəndə naməlum kişi meyiti tapıldı


Digərləri 29 Mar 2018 16:53:00 246 0

Siyəzəndə naməlum kişi meyiti tapıldı

Siyəzən rayon Yenikənd kənd ərazisində 55-60 yaşlarında bir kişi meyiti tapılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə, tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin boyu 175 santimetr, orta bədən quruluşlu, gözləri mavidir. Bədəninin müxtəlif nahiyələrində döymələr var.