Karambö: "Yalnız "Real" Çempionlar Liqasının qalibi ola bilər"


İdman 29 Mar 2018 16:56:00 306 0

Karambö: "Yalnız "Real" Çempionlar Liqasının qalibi ola bilər"

Fransa millisinin sabiq futbolçusu Kristian Karambö Çempionlar Liqası və qarşıdakı dünya çempionatı ilə bağlı favoritlərini açıqlayıb. Goal.az xəbər verir ki, 1998 mundialının qalibi bunları deyib:

"Çempionlar Liqasında "Real"ın "Juventus"u keçə biləcəyi ilə bağlı sual belə verməyin. Yalnız "Real" Çempionlar Liqasının qalibi ola bilər, vəssalam. Finalda onların rəqibi kim olacaq, bilmirəm.

Dünya çempionatına gəlincə, Fransa turnirin qalibi olacaq. Biz 20 il öncə bunu etmişdik. Didye Deşam təcrübəlidir və futbolçularını tanıyır. Komanda AVRO-2016-nın finalında oynayıb. Turnir yığma üçün yaxşı alınmışdı".