Rumıniya parlamenti Moldova ilə birləşmək haqqında Bəyannamə qəbul edib


Dünya 29 Mar 2018 16:49:00 252 0

Rumıniya parlamenti Moldova ilə birləşmək haqqında Bəyannamə qəbul edib

Rumıniya parlamenti tarixdə Bessarabiya kimi tanınan bugünkü Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümü münasibətilə Moldova Respublikası ilə birləşməyə dair niyyət Bəyannaməsi qəbul edib.

Son.az APA-ya istinadən xəbər verir ki, "Bessarabiyanın ana vətən Rumıniya ilə 1918-ci il martın 27-də baş tutmuş birləşməsinin bayram edilməsi haqqında" Bəyannamədə deyilir ki, Rumıniya ilə birləşmək istəyən Moldova vətəndaşlarının bu arzusu tam legitimdir və Ruminiya dövləti, vətəndaşları da bu təşəbbüsü dəstəkləyir: 

Sənəddə qeyd olunur ki, 1918-ci il martın 27-də Bessarabiyanın ali qanunverici orqanı Rusiya İmperiyasının dağılması və 1-ci Dünya savaşı şərtlərində Rumıniya ilə birləşmək barədə qərar qəbul edib. Bu qərar 1920-ci il 28 oktyabr tarixli Paris sülh müqaviləsində tanınıb.