Türkiyədə terrorçular hərbçilərə hücum edib, 6 hərbçi yaralanıb


Dünya 29 Mar 2018 16:20:09 278 0

Türkiyədə terrorçular hərbçilərə hücum edib, 6 hərbçi yaralanıb

Bölgədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb

Türkiyənin Diyarbakır əyalətində Nazro rayonunda terrorçu PKK silahlılarının uzun çaplı silahlar və raketatanlardan hərbçilərə hücumu nəticəsində birinin vəziyyəti ağır olmaqla, 6 hərbçi yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, terrorçular xidməti növbəni dəyişməyə gedən hərbçilərin avtomobilinə hücum edib.

Bildirilib ki, hadisə Nazro rayonunun Ürgen kəndi yaxınlığında baş verib.

Bölgədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb.