Turizm əhəmiyyətli yolun tikintisindən maraqlı görüntülər FOTO


Digərləri 29 Mar 2018 15:45:00 281 0

Turizm əhəmiyyətli yolun tikintisindən maraqlı görüntülər  FOTO

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 km olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 m, çiyinlərin eni 2 m, torpaq yatağının eni isə 12 m təşkil edəcək.

Hazırda yol boyu torpaq işləri görülür, çınqıl materialı tökülərək yeni yol yatağının inşası aparılaraq yekunlaşdırılır. Ardınca optimal-qırmadaş və qum çınqıl qarışıqlarından ibarət normativ qalınlıqqda yeni yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri tam bitəndən sonra yolun asfaltlanması işlərinə başlanılacaq. Bu işlərin yolun 7 m-lik hərəkət hissəsi də nəzərə alınmaqla 170 min kv.m-dən çox ərazidə aparılması nəzərdə tutulub.

Yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burda müxtəlif təyinatlı mühəndis qurğularının inşası işləri də aparılır. Bu, suların ötürülməsi üçün küvetlərin, müxtəlif diametrli və uzunluqları 400 p/m olan 15 ədəd suötürücü dəmir-beton boruların, 2 km uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisidir. Artıq bu çərçivədə xeyli iş görülüb.