Ödəmə terminalları camaatın pulunu necə "yeyir"?


Digərləri 29 Mar 2018 15:10:00 275 0

Ödəmə terminalları camaatın pulunu necə "yeyir"?

Paytaxt sakinlərinin əsas gileylərindən biri də ödəmə terminallarının normal işləməməsidir.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişi mövzu ilə bağlı süjet hazırlayıb.

Əksər şikayətçilər qarşılaşdığı bu kimi çətinlikləri sosial şəbəkələrdə paylaşmaqla öz iradlarını da bildirirlər. Bu problem daha çox, ictimai nəqliyyatda istifadə olunan ödəmə kartlarında özünü biruzə verir. Ya ödəniş olunan məbləğ karta köçmür, ya da aparatda texniki problem yaranır.

Sakin: "Çox olub, yükləmişəm, "çek" verib amma köçməyib".

Ödəmə terminallarının istismarını həyata keçirən şirkət belə halların baş verməsinə bir neçə amilin səbəb olduğunu etiraf edir. Şirkət rəsmisi burada vətəndaşların da bir az məsuliyyətli olmasını vacib sayır.

Ülviyyə Əfəndiyeva - Şirkətin rəsmisi: "Vətəndaş kartı tez götürdükdə məbləğ tam oturmur. Texniki problem də ola bilər. Belə problem olduqda məbləğ itirilmir".

Vətəndaş itirdiyini düşündüyü məbləği əldə etmək üçün müştəri xidmətlərinə müraciət etməlidir. İT üzrə mütəxəssis Sadiq Mirzəyev serverlərarası əlaqənin pozulmasının bu kimi itkilərə səbəb ola biləcəyini deyir.


Xəbərə aid fotolar