Messi məşhur kurort şəhərində otel alıb


İdman 29 Mar 2018 14:21:00 325 0

Messi məşhur kurort şəhərində otel alıb

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi İbiza adasında otel alıb. Goal.az xəbər verir ki, obyekt ikinci sahil xəttində - ən məşhur çimərliklərin birində yerləşir. Oteldə 52 otaq, böyük hovuz, damda gözəl mənzərəli bar var. VİP xidmətlərin də təklif olunduğu mehmanxananın gecəsi 226 – 525 funt sterlinq təşkil edir. Lionel Messi ötən il İspaniyanın Sidjes bölgəsində 26 milyon funt sterlinqə 4 ulduzlu otel alıb.