"Söyüş layihəsinin" gizli koordinatorları kimlərdir?


Siyasət 29 Mar 2018 13:46:00 257 0

"Söyüş layihəsinin" gizli koordinatorları kimlərdir?

Azərbaycana qarşı aparılan kampaniyanın müəllifləri aşkar olunur

Azərbaycana qarşı aparılan kampaniyanın müəllifləri aşkar olunur

Son.az olaylar.az-a istinadən yazını təqdim edir.

Bir qrup anti-milli kəsimin Azərbaycan dövlətinə və dövlət atributlarına qarşı apardığı "virtial terror" hücumu fiaskoya uğradı desək, heç də fikrimizdə yanılmarıq. Əslində geniş ictimiyyəti narahat edən "söyiş layihəsi" bundan irəli gedə bilməzdi. Çünki, özlərini "demokratiya carçısı" elan edən bir qrup şəxs söyüş və təhqiri mübarizə metodu kimi qəbul etməklə milli-mental dəyərləri zədələmiş oldular. Azərbaycan xalqının həyat tərzinə yad olan belə mübarizə metodu təbii ki, cəmiyyətin sərt təpkisi ilə üzləşməli idi. Xalqın leksikologiyasının, məişət danışıq dilinin kifayət qədər geniş olduğu bir məqamda məhz söyüşə üstünlük verən naqislər şübhəsiz ki, bu addımı özbaşına atmayıblar. Qətiyyətlə demək olar ki, həmin şəxslər ya bilərkdən, ya da bilməyərəkdən məkirli qarayaxma kompaniyasının icraçılarına çevriliblər. Daha doğrusu anti-Azərbaycan qüvvələrinin məqsədli şəkildə çızdıqları çirkin layihənin girovuna çevriliblər. Nəzərə almaq lazımdır ki, Avropadakı sözügedən ünsürlər nə siyasi təcrübə, nə də maddi imkan baxımından prezident səviyyəsində mübarizə aparmaq iqtidarında deyillər. Ancaq onların genişmiqyaslı kompaniya aparmaq iddiası arxalarında kifayət qədər imkanlı oliqarxların dayandığını deməyə əsas verir. Həmin sapı özümüzdən olan milli satqınlar isə bilməmiş deyillər ki, Azərbaycanda insanların şərəf və ləyaqətinin qorunması prinsipinə hörmətlə yanaşılır və bu məsələ bütün qanunvericilik sistemində gözlənilir. Ölkə Konstitusiyasına əsasən, hər kəsin şərəf və ləyaqətinin müdafiəsi hüququ var. Əsas qanunda bildirilir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi və ləyaqəti bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafiə olunur. Bununla yanaşı ali qanunumuz fıkir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin ölkədə qarşıdirma yaratmaq cəhdində bulunan, millətin qanına susamış bir sıra milli satqın onlara verilən hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Ancaq "cidanı çuvalda gizlətmək" mümkün deyil, istənilən halda " ilanı molla əli ilə tutmağa çalışan" şəxslərin adları ictimiyyətə bəlli olacaq. Artıq "söyüş layihəsi"nin hədəfləri, icraçıları ilə yanaşı, onun müəllifləri və gizli koordinatorları barədə ilkin məlumatlar sızmaqdadır. Şübhəsiz ki, hər kəs erməni lobbi təşkilatlarının bu layihəyə həvəslə qoşulduğunun fərqindədir. Lakin daha təhlükəli olan "keçmiş hərbçi", "keçmiş biznesmen", "keçmiş səfir", "keçmiş prokuratura işçisi"lərinin bu layihənin müəllifləri olduğu danılmaz faktdır. Azərbaycanda iqtidarla xalqın vəhdətini həzm edə bilməyən keçmiş məmurlar açıq şəkildə mübarizə aparmağa cəsarət etmədiklərindən məkirli niyyətlərini vicdanını pula satmağa hazır olan bir qrup şəxs vasitəsilə həyata keçirməyə üstünlük verirlər. Məlum layihənin sadə icraçıları - Orduxan Temirxanı, Məhəmməd Mirzəli, Tural Sadıqlı və digər bu kimi ünsürləri cəzrətə gətirən də "sapı özümüzdən olan baltaların" çirkin yollarla əldə etdikləri milyonlarıdır. Məlumata görə, sözügedən "xain projenin" arxasında duran şəxslərdən biri 2013-cü il prezident seçkiləri dövründə İlham Əliyevə qarşı yaradılan "milyarderlər ittifaqı"nın ideya müəlliflərindən olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur. Belə ki, Abbas Abbasovun özünə yaxın şəxslər vasitəsilə "keçmişlərlə" sıx əlaqə yaratdığı və onların əli ilə Prezident İlham Əliyevə, onun ailə üzvlərinə və hakimiyyət komandasının bir sıra nümayəndələrinə qarşı beynəlxalq səviyyədə çirkin kampaniya təşkil etdiyi bildirlir. Sızan məlumatalarda baş nazirin keçmiş müavininin xoşuna gəlməyən adamlarla müxtəlif kriminal vasitəsilə haqq-hesab çürütdüyü, bu məqsədlə bəzi kriminal dairələrin imkanlarından geniş yararlandığı deyilir. "Onun bəzi insanlara qarşı tətbiq etdiyi üsulları şəxsiyyətə qarşı əsl terror kimi də qələmə vermək olar. Görünür, Abbas müəllim belə mürəkkəb piramidalar qurmaqla artıq özündə sorossayağı bütöv bir dövləti mənəvi terror hədəfinə çevirmək gücü hiss edir". Məlum olduğu kimi özlərini ölkədə yeganə alternativ qüvvə kimi görən müxalif siyasi qüvvələr "Milyarderlər ittifaqı"nda bir araya gəliblər. Həmin qüvvələrin zaman-zaman Azərbaycanın imicinə kölgə salmaq, ölkədə vətəndaş qarşıdurması yaratmaq iddiasında olduqları heç kimə sirr deyil. Şübhəsi ki, həmin mərkəzdən idarə olunanlar prezident seçkici öncəsi təkcə hakimiyyət komandasında narazılıq toxumu səpmək yox, həm də ölkədə vətəndaş qarşıdurması yaratmaq istəyəndədirlər. Xatırladaq ki, Azərbaycan dövlətinə, xüsusilə prezident İlham Əliyevin komandasına cəbhə açan anti-milli ünsürlərin sayı təkcə Abbas Abbasovla bitmir. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev bəzi mətbuat orqanlarında onun azərbaycanlı oliqarxların Rusiyada yaratdığı "Milyarderlər ittifaqı" ilə danışıqlar aparması barədə məlumatlar da yayılmaqdadır. Lakin bütün hallarda həmin şəxslərin məkirli niyyətləri ifşa olunacaq və Azərbaycan dövlətinə qarşı apardıqları kampaniya fiaskoya uğrayacaq.