Castin Kluvert: "Kumirim Ronaldo, xəyallarımın komandası "Barcelona"dır"


İdman 29 Mar 2018 13:43:00 255 0

Castin Kluvert: "Kumirim Ronaldo, xəyallarımın komandası "Barcelona"dır"

"Ajax"ın gənc hücumçusu Castin Kluvert karyerası ilə bağlı planlarından danışıb. Goal.az xəbər verir ki, yaxın keçmişin futbol ulduzu Partik Kluvertin oğlu kumirini də açıqlayıb.

"Kriştianu Ronaldonu bəyənirəm. Şübhə doğurmayan keyfiyyətlərindən başqa onun həyat və qidalanma rejimi, gərgin məşqləri də xoşuma gəlir. O, mənim üçün əsl nümunədir. Amma xəyallarımın komandası "Barcelona"dır. Ora 7 il ərzində keçmək istərdim. amma bundan öncə İngiltərədə oynamaq fikrim var. Premyer Liqanı bəyənirəm".