İki ərəb şahzadəsinin 450 milyonluq "dəyişdüyüş"ü VİDEO FOTO


Digərləri 29 Mar 2018 13:22:00 471 0

İki ərəb şahzadəsinin 450 milyonluq "dəyişdüyüş"ü  VİDEO  FOTO

Dahi italyan rəssam Leonardo Da Vinçinin "Salvator Mundi" əsəri  ötən ilin noyabr ayında Nyu-Yorkda keçirilmiş Christie's hərracında 450,3 milyon dollara satılmışdı.

Sonradan bəlli olmuşdu ki, əsəri satın alan Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın yaxın adhamı, şahzadə  Bader bin Abdulla bin Məhəmməd bin Fərhan əl Səuddur.

2015-ci ilin dekabrında isə Fransanın Versal şəhərinin yaxınlığında, Luvesyenin yanında yerləşən və bir zamanlar kral 14-cü Lüdovikə məxsus olmuş qəsr 300 milyon dollara satılandan sonra da alıcının Məhəmməd bin Salman olduğu aşkarlanmışdı.

Həmin qəsri və "Salvator Mundi"nin alıcıları sənədlərə görə, şahzadə Məhəmmədə məxsus "Eight Investment Company"dir.

Səudiyyə Ərəbistanıda varis şahzadə korrupsiya və ölkə elitasının ifrat varlanmasına qarşı kampaniyanın təşəbbüskarı kimi tanındığından şedevrlə qəsrin alınması xəbəri onun nüfuzuna zərbə olub.

Fəqət, "Salvator Mundi" ilə bağlı yeni təfərrüatlar aşkarlanıb.

Sən demə, bu əsəri alması bilinəndən sonra Səudiyyə Ərəbistanını kralı tərəfindən sərt tənqid olunan şahzadə "Salvator Mundi"ni superlüks yaxta ilə dəyişib.

Belə ki, Nyu-Yorkdakı hərraca, əsəri almaq üçün Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri, şeyx Məhəmməd bin Zayed də adamını yollayıbmış. ƏSər uğrunda iki şahzadənin nümayəndələri arasında qızğın mübarizə də olubmuş.


Xəbərə aid fotolar