Rusiyalı tarixçi: "Törədilən qırğınlara hüquqi qiymət verilməlidir"


Digərləri 29 Mar 2018 13:26:00 255 0

Rusiyalı tarixçi: "Törədilən qırğınlara hüquqi qiymət verilməlidir"

"1918-ci ildə Bakıda və Azərbaycanın digər regionlarında törədilən qırğınlara hüquqi qiymət verilməlidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti" mövzusunda beynəlxalq elmi konfransda rusiyalı tarixçi Oleq Kuznetsov deyib.

O.Kuznetsov vurğulayıb ki, 1918-ci ildə törədilən qırğınlar soyqırımıdır: "1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda törətdikləri qırğınlar xüsusi zorakılıqla həyata keçirilib".

Rusiyalı tarixçi vurğulayıb ki, Heydər Əliyevin 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etməsi düzgün qərardır və hüquqi əsasa malikdir.

O.Kuznetsovun sözlərinə görə, azərbaycanlıların soyqırımını tanımaq rusiyalı siyasətçilərin borcudur.