"Bunun peşmanlığını çəkirəm" Səidə VİDEO FOTO


Şou-biznes 29 Mar 2018 13:30:00 254 0

"Bunun peşmanlığını çəkirəm"  Səidə  VİDEO  FOTO

"ARB Ulduz"un "Virtual Həyat" verilişinin bu dəfəki buraxılışında məşhurlarla maraqlı sorğu keçirilib.

Son.az bildirir ki, tanınmış simalar həyatlarında yaşadıqları peşmanlıqları dilə gətiriblər:

Ramal İsrafilov: "Əgər mən arxaya baxıb gördüklərimi yaşamasaydım, indi özümə gələ bilməzdim. Güclü olmaq lazımdır. Bu sualı zəif adamdan soruşsan, o, başlayacaq peşmanlıqlarını danışmağa. Ancaq mən onları yaşamasaydım, özümə gəlməzdim. Şükür, keçənlərə və gələcəyimizə".

Lətifə Soyuöz: "Mən bu həyatda heç vaxt heç nə üçün peşman olmamışam. Olan hər bir şeydən özüm üçün dərs çıxarmışam. Olanlara İlahi dərs kimi baxıram. Hansısa hadisə həyatımda baş verdisə, deməli, Allah bununla mənə dərs verdi və dedi ki, bundan sonrakı addımlarında ehtiyatlı ol".

Məşhurların bir qismi isə peşmanlıq çəkdikləri nüansın, məhz onların özlərinə yaxın bildiyi şəxslər tərəfindən aldıqları zərbələrlə bağlı olduğunu etiraf edib:

Hacı Nazim: "Mən sənətdə olan bəzi adamlara özünə layiq olmayan qiyməti vermişəm. Mən artıq onu etmirəm, əvvəlki Nazim deyiləm".


Xəbərə aid fotolar