ABŞ Ermənistana maliyyə yardımını dayandırdı


Dünya 29 Mar 2018 13:06:00 211 0

ABŞ Ermənistana maliyyə yardımını dayandırdı

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiq olunan dövlət büdcəsini imzalayıb. 

Son.az azvision.az-a istinadən xəbər verir ki, büdcəyə əsasən, ABŞ Gürcüstan və Ukraynadan fərqli olaraq Ermənistana maliyyə yardımı etməyəcək.

Qeyd edək ki, 2017-ci ildə ABŞ tərəfindən Ermənistana edilən maddi yardım 2016-ci ilə nisbətən 3 dəfə azalmışdl. 2016-ci ildə rəsmi İrəvan 20,4 milyon dollar yardım almışdısa, 2018-ci ildə bu rəqəmin 6,2 milyon dollar olacağı gözlənilirdi. Lakin təsdiq olunan dövlət büdcəsinə əsasən, ABŞ Ermənistana ümumiyyətlə maliyyə yardımı ayırmayacaq.