BANM və Almaniyanın GUNT şirkəti arasında uğurlu əməkdaşlıq davam edir


Digərləri 29 Mar 2018 12:47:00 274 0

BANM və Almaniyanın GUNT şirkəti arasında uğurlu əməkdaşlıq davam edir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniyanın məşhur G.U.N.T Geratebau GmbH şirkətinin Satış və biznesin inkişafı üzrə direktoru cənab Heiko Lentfer ilə görüşüb. Görüşdə həmçinin Caspian Lab şirkətinin Təchizat meneceri  Səfa Hacıyev və BANM-ın məsul əməkdaşları iştirak ediblər.

Son.az xəbər verir ki, görüş zamanı rektor Elmar Qasımov G.U.N.T şirkətilə əməkdaşlıqdan razı olduğunu və təchiz edilmiş laboratoriyaların tələbələrin yüksək ixtisaslı gənc mütəxəssis kimi yetişmələrində əvəzsiz rolu olduğunu bildirib.

Cənab Heiko Lentfer isə Bakıya, xüsusilə BANM-a növbəti səfərindən çox məmnun olduğunu söyləyib. O qeyd edib ki, BANM G.U.N.T şirkətinin Qafqaz regionu üzrə ən böyük partnyorudur və şirkət Ali Məktəb ilə əməkdaşlığa böyük önəm verir.