Komitə sədrinin müavini: "Azərbaycanda uyğunluq sertifikatı ləğv edilməyib"


İqtisadiyyat 29 Mar 2018 12:04:43 285 0

Komitə sədrinin müavini: "Azərbaycanda uyğunluq sertifikatı ləğv edilməyib"

"Azərbaycan Akkreditasiya Mərkəzinin əsas funksiyası bu sertifikatı verməkdir"

"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Akkreditasiya Mərkəzinin əsas funksiyası yerli məhsulların xarici ticarət zamanıkeyfiyyətini təsdiq edənuyğunluq sertifikatı verməkdir. Bu sertifikat ləğv edilməyib".

"Report" xəbər verir ki, bunu Komitənin sədr müavini Niyaz Rəhimov uyğunluq sertifikatının ləğv edilməsi barədə söz-söhbətə münasbilət bildirərkən deyib.

"Milli akkreditasiyanın məqsədi Azərbaycanda mövcud laboratoriyaların inkişafıdır. Mərkəz beynəlxalq standartlara uyğun fəaliyyət göstərir", - deyə o, qeyd edib.