Türkiyə iqtisadiyyatı ötən il 7%-dən çox böyüyüb


İqtisadiyyat 29 Mar 2018 12:07:23 242 0

Türkiyə iqtisadiyyatı ötən il 7%-dən çox böyüyüb

Qonşu ölkədə adambaşına düşən milli gəlir 11 min dollara yaxın olub

Türkiyə iqtisadiyyatı 2017-ci ildə 7,4% artım nümayiş etdirib.

"Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Məlumatda o da bildirilir ki, ötən ilin yekunundaTürkiyədə adambaşına düşən gəlir 10 597 ABŞ dolları təşkil edib.

İl ərzində qonşu ölkədəkənd təsərrüfatı sektoru 4,7%, sənaye sektoru 9,2%,xidmət sektoru isə12% böyüyüb.

2017-ci ildə türkiyə əhalisinin istehlak xərcləri 6,1% artıb.