Həsən Ruhaninin Azərbaycana səfəri başa çatıb (FOTO)


Digərləri 29 Mar 2018 12:06:06 216 0

Həsən Ruhaninin Azərbaycana səfəri başa çatıb (FOTO)

Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri martın 29-da başa çatıb.

Bakı. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri martın 29-da başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran Prezidenti H.Ruhanini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin