Bakıda avtobusda insident: gənc oğlan qadına hücum edib (VİDEO)


Digərləri 29 Mar 2018 12:06:12 205 0

Bakıda avtobusda insident: gənc oğlan qadına hücum edib (VİDEO)

Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib.

Bakı. Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. Bu barədə Trend-ə “Xaliq Faiqoğlu” şirkətindən məlumat verilib. Şirkətin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən "10 TH 318" dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla bağlı dərhal polisə məlumat verilib. Kadrlardan görünür ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edir. Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verir və nalayiq ifadələr işlətməyə başlayır. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirir.