Səudiyyə vəliəhdi vəhhabiliyin yayılmasının səbəbini açıqladı


Dünya 29 Mar 2018 11:54:00 287 0

Səudiyyə vəliəhdi vəhhabiliyin yayılmasının səbəbini açıqladı

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman, "Vaşinqton Post"a müsahibəsində "soyuq müharibə" dövründə ABŞ-ın tələbi ilə Sovet İttifaqına qarşı vəhhabiliyi yaymağa başladıqlarını deyib

Son.az "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman, "Vaşinqton Post"un (Washington Post) müəllifi Karen De Yanqa (Karen De Young) verdiyi müsahibədə "soyuq müharibə" dövründə ABŞ-ın tələbi ilə Sovet İttifaqına qarşı vəhhabiliyi yaymağa başladıqlarını deyib.

ABŞ-a iki həftəlik səfərə gedən Məhəmməd bin Salman (MbS), Amerika mediasına soyuq müharibə dövründə rəsmi Vaşinqtonun tələbi ilə kommunizmə qarşı vəhhabiliyi yaymağa necə başaladıqlarının təfərrüatlarını danışıb. 

Səudiyyə Ərəbistanın hakim ideologiyası olan və bəzi dairələr tərəfindən qlobal terrorizmin mənbəyi kimi göstərilən vəhhabiliyin Səudiyyənin maliyyəsi ilə yayıldığına dair suala cavabında MbS deyib ki, qlobal miqyasda məscid və mədrəsələrə sərmayə qoymalarının kökü gedib soyuq müharibə dövrünə çıxır.

Vəliəhd şahzadə Sovet İttifaqının müsəlman ölkələrlə əlaqələrini inkişaf etdirməsinin qarşısını almaq üçün müttəfiqlərin Səudiyyə Ərəbistanından öz mənbələrini səfərbər etməsini istədiklərini açıqlayıb.