Bakıda avtobusda gənc oğlan qadınları döydü VİDEO


Digərləri 29 Mar 2018 11:47:00 223 0

Bakıda avtobusda gənc oğlan qadınları döydü  VİDEO

Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, avtobusda gənc oğlan qadınlara qarşı ağır ifadələr işlətməklə bir neçə qadını döyüb. Kadrlardan görünür ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edir. 

Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verir və nalayiq ifadələr işlətməyə başlayır. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirir. 

İnsdent zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalır. Yaşlı-qadın demədən hər kəsə əl qaldıran və ictimai nəqliyyatda özünü nalayiq formada aparan gənclə bağlı dərhal polisə müraciət edilib.