Universitetdə yanğın: Tələbələr TƏXLİYƏ OLUNDU


Dünya 29 Mar 2018 11:36:00 239 0

Universitetdə yanğın: Tələbələr TƏXLİYƏ OLUNDU

Rusiyanın Çelyabinsk vilayətində Cənubi-Ural Universitetində həyəcanlı anlar yaşanıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, universitetin binasından duman çıxmağa başlayıb. Tələbələr və işçilər təcili olaraq təxliyyə olunub.

"Tüstü binanı qəflətən bürüdü. Yanğın siqnalları işə düşəndə bunun təlim olduğunu düşündük. Sonra kəskin qoxu hiss etdik. Hamını universitetin həyətinə çıxartdılar", deyə tələbələrdən biri bildirib.