"Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yer hələlik məlum deyil"


Digərləri 29 Mar 2018 11:40:00 244 0

"Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yer hələlik məlum deyil"

"Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yer hələlik məlum deyil".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq institutun yaradılması ilə bağlı vəzifələr müəyyənləşdirilib: "Komitə olaraq biz üzərimizə düşən bütün vəzifələri yerinə yetirmişik. Təhsil Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Nazirlər Kabinetinin müvafiq şöbələri lazımi tədbirləri həyata keçirib. Artıq qəbul olunacaq tələbələr və ixtisaslar müəyyənləşib. Hələlik institutun fəaliyyət göstərməsi üçün yerin ayrılması məsələsi açıq qalıb. Yaxın vaxtlarda yəqin ki, bu məsələ də öz həllini tapacaq".