"Mona Liza" yerindən tərpədilməyəcək


Digərləri 29 Mar 2018 11:26:00 305 0

"Mona Liza" yerindən tərpədilməyəcək

Dahi italyan rəssam Leonardo Da Viçinin "Mona Liza" (Cokonda) əsərinin nümayiş olunduğu binadan çıxarılması yasaqlanıb.

Əsər Fransadakı Luvr Muzeyində saxlanılır.

Son.az Artnet News-a istinadən bildirir ki, 515 il əvvəl çəkilmiş şedevr elə bir durumdadır ki, onun başqa ölkələrə aparılması, sərgilərdə nümayiş olunması əsəri məhv edə bilər.

"Mona Liza" hətta 2019-cu ildə Luvr Muzeyində təşkil olunacaq sərgi üçün yerindən tərpədilməyəcək.