Azərbaycanda 15 əcnəbi saxlanılıb


Digərləri 29 Mar 2018 11:29:00 231 0

Azərbaycanda 15 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

Xidmətdən Son.az-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən təd­bir­lər za­ma­nı 14 nə­fər Hindistan və 1 nəfər Banqladeş və­­tən­da­şı olmaqla, ümumilikdə 15 əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı Hindistan vətəndaşlarından 6 nəfərin Azərbaycan əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu və 8 nəfərin ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banq­la­deş vətən­daşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qar­­şı­lığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə ça­lışdığı məlum olub. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyasının az­yaş­lı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində mə­lu­­mat­lar dəyişdirilərək A.M.Rahmanın adına sax­ta­laş­dı­rılıb. Əcnəbi hə­min vəsiqənin Azərbaycan vətəndaşı Yu­subov Tərlan Tofik oğ­lu tərəfindən hazırlandığını bildirib.